Neymar: "Karyeramı erkən bitirə bilərdim"

00:33 13 İyul 2016

“Barselona”nın brazilyalı hücumçusu Neymar 2014-cü ildə aldığı zədə haqqında danışıb.

“Həyatımda çətin anlarım çox olub, ancaq 2014 Dünya çempionatındakı zədə ən ağrılısı idi. Mənim uşaqlıq arzum idi vətənimdə Dünya çempionu olmaq. Lakin zədəyə görə hərşey tərs getdi və karyeramı erkən bitirmək təhlükəsi ilə qarşılaşdım”.

Qeyd edək ki, Brazilya millisi DÇ 2014`da Neymarın oynamadığı ilk oyunda Almaniyaya 1-7 hesablı rüsvayçı məğlub oldu. Daha sonra 3-cülük görüşündə Hollandiyaya 0-3 hesabı ilə boyun əymişdi.


Digər xəbərlər

Xəbər xətti