İtaliya – Avstriya matçı azərbaycanlı hakimə tapşırıldı

11:14 13 İyul 2016

Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının II turunun ilk oyun gününün təyinatları açıqlanıb. 


Sportarena.az xəbər verir ki, ölkəmizin FİFA referisi Əliyar Ağayev çempionatın II turunda keçiriləcək İtaliya – Avstriya matçının baş hakimi olacaq. Sabah baş tutacaq qarşılaşma Reutlingen şəhərində keçiriləcək.


Qeyd edək ki, Ağayev ilk turun Xorvatiya - Hollandiya matçında (1:3) dördüncü hakim funksiyasını yerinə yetirib.


Digər xəbərlər

Xəbər xətti