Azərbaycan milli komandasının məşqçiləri Elxan Abdullayev və Mahmud Qurbanov, müvafiq olaraq, “Qəbələ” və “Kəpəz” klublarının UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə keçirəcəkləri oyunları izləyəcəklər.
Sportarena.az xəbər verir ki, “Qəbələ” bu mərhələdə Macarıstanın MTK, “Kəpəz” isə Avstriyanın “Admira” komandası ilə qarşılaşacaq.
Hər iki təmsilçimiz ikinci təsnifat mərhələsində ilk oyununu iyulun 14-də keçirəcək.