Ötən mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı futbolçularından biri olan Nqolo Kante uğrunda mübarizədə "Çelsi" komandası PSJ-nin təklifini üstələyə bilib.
Sportarena.az xəbər verir ki, PSJ klubu "Lester"in futbolçusu Kante üçün 26 milyon təklif edirdi. Lakin "Çelsi"nin təklifi 35 milyon avro olub. Nəticədə Kante "Çelsi" ilə müqaviləni razılaşdırıb. Tərəflər arasında 5 illik müqavilə imzalanacaq.
Xatırladaq ki, Çin klubu Kante üçün 41 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi. Lakin futbolçu "Çelsi"yə keçmək istədiyini önə çəkərək London təmsilçisinin təklifini qəbul edib.