Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a məğlub olan Lüksemburqun "Düdelanj" klubunun futbolçuları Bakıdan geri qayıdarkən dava salıblar.
Sportarena.az xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat verib. “Lufthansa” hava şirkətinin təyyarəsi ilə geri dönən "Düdelanj"lı futbolçulardan biri təyyarədəki stüardessaya sataşıb. Futbolçunun əxlaqsız təklifindən sonra ara qızışıb. Onlar həm də təyyarəyə əyləşdikləri andan yüksək səslə danışmağa və gülməyə başlayıblar.
Sərnişinlərin müdaxiləsinin ardından təyyarədə dava düşüb. Təyyarə əməkdaşlarının səyi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb.(azxeber.com)