"Real"ın futbolçusu Kərim Benzema yenidən Fransa millisinə çağırıla bilər.
Bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel La Qraet məlumat verib.
O, K.Benzemanın sona kimi cəzalandırılmayacağını deyib:
"Bunu etməyəcəm. Ancaq sona kimi cəzalandırılmasa belə, onu milliyə dəvət edib-etməmək baş məşqçinin seçimi olacaq. Benzema üçün məhkəmənin qərarını gözləyəcəyik".