Türkiyə Futbol Federasiyasının bu gün keçirilən iclasında Spor Toto Super Liqasının 2016-17-ci il mövsümünün Turgay Şerenə həsr olunacağı qərara alınıb.
Ötən həftə 84 yaşında dünyasını dəyişən Turqay Şeren, Süleyman Seba və Hasan Doğandan sonra adına mövsüm adlandırılan 3-cü adam oldu.
1932-ci ilin 15 mayında anadan olan Turqay Şeren ilk matçına 1949-50-ci illər mövsümündə çıxıb. Dəfələrlə “Qalatasaray”ın heyətində Türkiyə çempionluğu və Türkiyə Kubokunu qazanan təcrübəli qolkiper 1967-ci ildə futbol həyatına son qoyub.
Milli komanda da uzun illər qapını qoruyan Şeren 1951-ci ildə Berlindəki Almaniya 1-2 Türkiyə matçında qurtarışları ilə “Berlin Panterası” adını almışdı.
Turqay Şeren 7 iyul 2016-cı ildə İstanbulda dünyasını dəyişib.