Pele Olimpiya oyunları üçün mahnı bəstələdi

11:47 14 İyul 2016

FİFA-nın versiyasına görə  ХХ əsrin ən yaxşı futbolçusu Pele Olimpiya oyunlarına həsr edilmiş mahnı bəstələyib.
 
«Bəstələyib və artıq yazdırdığım mahnının prezentasiyasını səbrsizliklə gözləyirəm. Mahnı "Ümid" adlanır», — deyə Pele qeyd edib.
 
75 yaşlı eks-futbolçu musiqi ilə çoxdan maraqlanır. 1969-cu ildə o , tanınmış braziliyalı müğənni Elis Rejinanın  «Elis Regina & Pele — Tabelinha (1969) EP» albomunun buraxılışında da yaxından iştirak etmişdi. 2014-cü ildə isə Pele  One Direction qrupuna daxil olmaq arzusunu dilə gətirmişdi.O , qrupun konserti zamanı səhmnəyə çıxaraq gitara çalmaq istədiyini bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti