FIFA-nın Etika komitəsi təşkilatın prezidenti Canni İnfantinoya qarşı ilkin araşdırmaya başlayıb.
Sportarena.az xəbər verir ki, C.İnfantino FIFA-nın vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etməkdə günahlandırılır.
Belə ki, mayın 29-da Milanda keçirilmiş Çempionlar Liqasının finalından sonra o, ailəsi ilə birlikdə Milandan Romaya, ardından isə Cenevrəyə təyyarə ilə uçub.
Uçuş fərdi xarakter daşıyırdı, lakin FIFA-da C.İnfantinonun səfər üçün hansı vəsaitlərdən istifadə etdiyini bilmirlər.