Mehman Allahverdiyev: "Uğurlu nəticənin davamını gətirmək istəyirik"

17:10 14 İyul 2016

“Kəpəz”in Avropa yolu 21 il öncə Avstriya təmsilçisi ilə başlayıb. 


Sportarena.az xəbər verir ki, Gəncə klubu 1995/1996-cı il mövsümündə o vaxtkı adı ilə desək UEFA Kubokunda “Austriya” ilə qarşılaşıb. Həmin dövrdə komandanın baş məşqçisi olmuş Mehman Allahverdiyev indi icraçı direktor vəzifəsini tutur. “Sarı-göylər” ilə birlikdə Avstriyada olan klub rəsmisi kapazpfc.az saytına qarşıdakı matçla bağlı düşüncələrini bölüşüb: “Avstriyada Avropa turnirlərində ilk səfər oyunumuzu keçirmişik. Ona görə də xatirələr çoxdur. 21 il öncə keçirdiyimiz oyun bu gün də gözümün qabağındadır. Qitə yarışlarında ilk addımımız idi. Onda uduzub ilk mərhələdən mübarizəni dayandırsaq da, cari mövsümə yaxşı başlamışıq və bu uğurlu nəticənin davamını gətirmək istəyirik. Fikrimiz daha bir mərhələ keçməkdir. Komanda oyuna yaxşı hazırlaşıb. Uşaqlar hazırlıq prosesində məşqçilər tərəfindən verilən tapşırıqları yerinə yetiriblər. Çox ümidliyəm, hələ Moldovaya getməmişdən öncə də inamım böyük idi. Amma bu futboldur, istənilən nəticə ola bilər. Cavab oyununu düşünərək oynamalı və səfərdə qol vurmağa çalışmalıyıq. Komandaya uğurlar arzu edirəm”.


Digər xəbərlər

Xəbər xətti