Millimiz Albaniya və Rusiya ilə eyni turnirdə mübarizə aparacaq

17:59 14 İyul 2016

İyulun 20-dən avqustun 6-a qədər Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
 

Sportarena.az xəbər verir ki, yığmamız avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.


Yığmamzla yanaşı turnirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, Rusiya və Albaniya yığmaları, həmçinin Braziliyanın “Kruzeyro” klubunun Qazaxıstandakı akademiyasının komandası mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti