Bruna Akrapoviç: "Neftçi"də oyunu dəyişəcək futbolçu yoxdu"

22:50 14 İyul 2016

“Oyunu planlaşdırdığımız kimi keçirdik. Necə düşünürdüksə, elə də oynadıq”. 


Sportarena.az xəbər verir ki, bu sözləri Makedoniyanın “Şkendiya” klubunun baş məşqçisi Bruno Akrapoviç deyib.
 

Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “Neftçi”nin qonağı olan “Şkendiya” meydanı qolsuz bərabərlik tərk edib.
 

Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı bunları deyib: “Neftçi”də bəzi dəyişiklər var idi. Amma bizim üçün bu, önəmli deyildi. Çünki heyətimizdə fərdi cəhətdən güclü futbolçularımız var. Onlar da tapşırdığımız kimi oynadılar. Topa sahib olmaq daha vacib idi. Kombinasiyalı oyun nümayiş etdirdik. “Neftçi” də ağıllı oynadı. Nəticə bizim üçün daha da yaxşı ola bilərdi. Amma bu nəticəni də normal hesab edirəm”.
 

- “Neftçi”nin Bakıda özünü Makedoniya klubu ilə aparmasını gözləyirdizmi?
- “Neftçi”də oyunu dəyişə biləcək futbolçu yox idi. Əvvəl də bu komandanın oyunlarını izləmişəm, eyni tərzdə çıxış etdilər. Məncə, “Neftçi”də oyunun tərzini dəyişəcək futbolçu yoxdu.
 

- Yenə də cütün favoritinin “Neftçi” olduğunu düşünürsüz?
- Komandamız yaxşı oynadı. Daha da yaxşı oynaya bilərdik, amma yorğunluq var idi. Bu dəfə ardıcıl səfərlərlə bağlı idi.


Digər xəbərlər

Xəbər xətti