"Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi

12:20 15 İyul 2016

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.


Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbirdə "Qarabağ" - "Düdelanj" (Lüksümburq) cütünün rəqibi də müəyyənləşəcək.


Bu cütlük püşk zamanı səpələnməmişlər səbətində yer alacaq.

 

"Qarabağ"ın 5 potensial rəqibi:

"Viktoriya" Plzen (Çexiya)
"Zalsburq" (Avstriya) - "Liepaya" (Latviya) cütünün qalibi
BATE Borisov (Belarus) - SJK (Finlandiya) cütünün qalibi
"Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) cütünün qalibi
"Kopenhagen" (Danimarka) - "Kruzaders" (Şimali İrlandiya) cütünün qalibi


Digər xəbərlər

Xəbər xətti