Son İngiltərə çempionu "Çelsi"də

15:10 16 İyul 2016

“Lester Siti”nin yarımmüdafiəçisi Enqolo Kanteyə rəhbərlik tərəfindən yeni müqavilə təklif olunub. Lakin oyunçu klubu tərk etmək istədiyini bildirdikdən sonra danışıqlar yarıda dayanıb. Kladuio Ranieri Kantenin komandada qalmasını çox istədiyini, lakin klubu tərk etmək istəyini də anladığını qeyd edib. Kante “Çelsi” klubunda tibbi yoxlanışdan artıq keçib.

Ötən mövsüm Kante Premyer Liqanın 37 matçında meydançada olmuş və 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.


Digər xəbərlər

Xəbər xətti