Bu gün "Fənərbaxça" və Fransanın "Lion" klubları arasında keçirilməli olan yoldaşlıq görüşü təxirə salınıb.
Türkiyədə baş verən siyasi hadisələr, ölkədə hərbi çevrilişə cəhdlər matçın təxirə salınmasına səbəb olub. Görüşün nə zaman keçiriləcəyi haqda məlumat verilməyib.
Qeyd edək ki, məlumatı "Fənərbaxça" klubunun rəsmi saytı yayıb.