UEFA hakimimiz Əliyar Ağayevə daha bir təyinat verib.
Sportarena.az xəbər verir ki, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının üçüncü turunda keçiriləcək İngiltərə - Xorvatiya matçının baş hakimi olacaq.
Qeyd edək ki, İngiltərə - Xorvatiya görüşü iyulun 18-i keçiriləcək.