"Qarabağ"ın sabiq futbolçusu İngiltərə klubunda debüt etdi

11:57 17 İyul 2016

"Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros İngiltərə "Bristol Siti"nin heyətində ilk oyununa çıxıb.
 

Sportarena.az xəbər verir ki, isveçli hücumçu Çempionşipdə mübarizə aparan "Bristol Siti" klubunun heyətində "Youil Taun"a qarşı matçda iştirak edib. Matç "Bristol Siti"nin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 
Qeyd edək ki, futbolçu hələlik İngiltərə klubunun düşərgəsində baxışdadı. Onunla bağlı yekun qərarı "Bristol Siti"nin baş məşqçisi Li Conson verəcək.


Digər xəbərlər

Xəbər xətti