Ötən mövsüm İPL-də ən yaxşı futbolşu seçilən "Lester"in yarımmüdafiəçisi Riyad Marez "Barselona"ya keçə bilər.
  
                       
                                                
                        
 
                
                              
"Lester"lə 2019-cu ildə bitəcək müqaviləni yeniləməkdən boyun qaçıran 25 yaşlı əlcəzairli uğrunda mübarizədə məhz katalon klubu favoritdir.
 
Qeyd edək ki, Lester Marezə ildə 6 milyon avro məvacibi olan yeni müqavilə təklif edirdi. Lakin futbolçu bu təklifdən imtina etmişdi. Bəzi məlumatlara görə katalon klubunun nümayəndələri ilə futbolçu arasında vasitəçilər vasitəsilə artıq danışıqlar  da baş tutub. 
                       
                                               
                        
 
                
                              
 
                       
                                            
 
