Yeni mövsümün hazırlıqlarını İsveçrədə davam etdirən “Qalatasaray” bu gün Uhren kubokunda il matçına çıxıb.
"Sürix"lə qarşılaşan İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. Qolları Bruma (35-ci dəq.), Endoğan Adili (83) və Berk İsmail Ünsal (89) vurub.
“Sarı-qırmızılılar” turnirdə növbəti oyununu iyulun 19-da “Young Boys”a qarşı keçirəcək.