Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Avro-2016”dakı qələbəyə görə ona çatan mükafatı xeyriyyə işinə yönəldib.
Futbolçu 275 min avronu onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara bağlı fondun hesabına köçürüb.
“Real”ın hücumçusu Çempionlar Liqasındakı qələbə səbəbindən ona çatan mükafatı da eyni məqsədlə istifadə etmişdi.