Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) matçının hakimləri bəlli olub.
Sportarena.az xəbər verir ki, təmçimizin matçını türkiyəli FİFA referisi Mete Kalkavan idarə edəcək. Onun köməkçiləri həmyerliləri Ceyun Sesigözəl və Esat Sancaktar olacaq. Dördüncü hakim Serkan Çinardı. "Qəbələ" səfərdə keçirdiyi ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib .
Qeyd edək ki, matç iyulun 21-də "Bakcell Arena"da baş tutacaq.