Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Fənərbaxça”nın rəqibi olan “Monako” İstanbula getməkdən imtina edir.
Knyazlıq təmsilçisi avqustun 26-dakı matçın bitərəf meydanda keçirilməsi üçün UEFA-ya müraciət edib.
“Monako” Türkiyədə hərbi çevrilişə cəhddən sonra təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təmin olunmayacağından ehtiyatlandığı üçün bu addımı atdığını bildirib.
Hələlik məsələ ilə bağlı UEFA-nın mövqeyi bilinmir.(qol.az)