Kiprin Nikosiya şəhərində yeniyetmə basketbolçular arasında Avropa birinciliyinin C divizonunda mübarizəyə start verilib. 16 yaşadək basketbolçulardan ibarət milli komandamız turnirə qələbəylə başlayıb. Yığmamız Uels kollektivini məğlub edib – 75:51. Görüşün ən məhsuldar oyunçusu 19 xalla komandamızın üzvü Səadəttin Donat olub.
Qeyd edək ki, U-16 millimiz A qrupunda Uelsdən başqa, turnirin ev sahibi Kipr, Malta və San-Marino ilə mübarizə aparır. Samit Quluzadənin yetirmələri növbəti oyununu ayın 18-də meydança sahiblərinə qarşı keçirəcək.