"Kəpəz" "Admira" üçün hazırlıqlarını davam etdirir

10:04 18 İyul 2016

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Admira” ilə cavab oyunu üçün “Kəpəz” hazırlığı davam etdirir. 


Sportarena.az xəbər verir ki, iyulun 15-də bərpaedici məşqdən sonra “sarı-göylər” dünəndən meydanda çalışmağa başlayıblar. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib. Bu gün saat 18:00-a təyin edilən məşq Baş Dövlət Yol Polisi İdarəsinin futbol meydançasında baş tutacaq. Sabahkı hazırlıq eyni saatda “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında olacaq.

 

“Kəpəz” oyun öncəsi son məşqini matça ev sahibliyi edəcək “Dalğa Arena”da keçirəcək. İyulun 19-da saat 17:30-da “sarı-göylər”in jurnalistlər üçün mətbuat konfransı, 18:00-da isə açıq məşqi olacaq.

 

“Kəpəz” – “Admira” oyununun start fiti iyulun 20-də saat 20:00-da veriləcək.


Digər xəbərlər

Xəbər xətti