Bakıda "UEFA Certificate in Football Management" tədris kursunun sonuncu seminarı keçirilib.
Sportarena.az xəbər verir ki, tədbirdə AFFA, Azərbaycan klubları və beynəlxalq futbol təşkilatlarının nümayəndələri, həmçinin İran, Qırğızıstan və Malayziya təmsilçiləri iştirak edib. İştirakçılar məşğələlər başa çatdıqdan sonra imtahan verib və müvafiq sertifikatlar təqdim olunub.
Proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman və xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. Proqram UEFA və Lozanna Universitetindəki Swiss Graduate School of Public Administration (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.