"Qəbələ" - MTK oyununun hakimləri müəyyənləşdi

14:33 18 İyul 2016

“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, iyulun 21-də Bakıda Macarıstanın MTK klubu ilə keçiriləcək görüşü türkiyəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mete Kalkavan olacaq. 


Qeyd edək ki, “Qəbələ” - MTK oyunu Bakıdakı “Bakcell Arena”da keçiriləcək. Matç saat 21:00-da başlayacaq.


Xatırladaq ki, komandalar arasında Macarıstanda keçirilən ilk oyunda “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti