Xəbər verdiyimiz kimi, dünən Çin Superliqasının 18-ci turunda "Şanxay Telleys" klubu ilə qarşılaşan "Şanxay Şenhua"nın ulduz futbolçusu Demba Banın ayağı sınmışdı
Sportarena.az xəbər verir ki, futbolçu bu zədələnməyə görə 8 ay yaşıl meydanlardan uzaq qalacaq.
Zədələndikdən dərhal sonra xəstəxanaya yerləşdirilən futbolçu ayıldıqdan sonra ilk olaraq "qələbə qazandıqmı?", - deyə soruşub.
Palatada yatan futbolçunu Şanxay şəhərinin vitse-meri Çjao Ven ziyarət edib.
Komandanın baş məşqçisi Qreqorio Mansano futbolçunun durumu ilə bağlı verdiyi açıqlamada:
"Bu zədə Banın karyerasını bitirə bilər. Lakin biz onu ən yaxşı şəkildə müalicə edəcəyik. Mən Banı itirmək istəmirəm. Onu itirsəm bir çox oyunları da itirmiş olaram. Allah ədalətsiz deyil", -deyə bildirib.