Çin Superliqasında mübarizə aparan "Qanjou Avanqard" klubunun futbolçusu Cekson Martinez karyerasını yenidən "Portu"da davam etdirə bilər.
Sportarena.az "O Jogo" nəşrina istinadən xəbər verir ki, Portuqaliya klubu kolumbiyalı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. Martinez özü də yenidən Avropaya qayıtmaq istədiyi üçün bu təklifə müsbət cavab verəcəyi gözlənilir.
Xatırladaq ki, 29 yaşlı hücumçu 2012-2015-ci illərdə "Portu"da çıxış edib.
Qeyd edək ki, MArtinez bu ilin fevral ayında "Atletiko"dan 42 milyon avro qarşılığında "Qanjou Avanqard" klubuna transfer olub. O, Çin klubu ilə 4 illik müqavilə imzalayıb.