"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Uiqan" (2:0) üzərində qələbədən sonra yeni müdafiəçi Erik Bayanın oyununa toxunub.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçu barədə bunları deyib:
"Erik üçün bu "Mançester Yunayted"də ilk oyun idi. O , ingiliscə danışa bilmir. Adaptasiyasına vaxt lazımdır. Mən ona 45 dəqiqə oynamağa imkan verdim. Hazırda komanda yoldaşları ilə münasibət qurmaq üçün Erikə oynamaq daha çox lazımdır.
Bundan əvvəl mənimlə işləyən mərkəz müdafiəçiləri kimi onun da inkişaf etməsinə çalışacağam. Misal kimi Varanı göstərə bilərəm. Dünyanın ən güclü müdafiəçisi olmaq üçün Bayinin potensialı var".