Məşhur futbolçunun adı çevrilişə cəhddə hallanır

00:33 19 İyul 2016

Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisəsi ölkədə idman camiyəsində də gərginlik yaradıb.

Bu dəfə ölkənin sayılıb-seçilən idmançıları bu olay səbəbindən üz-üzə gəlib.

Türkiyəli motosikletçi, dünya çempionu Kenan Sofuoğlu hadisə ilə bağlı sosial şəbəkədəki şəxsi hesabından paylaşım edib. O, həmin yazısında Fətullah Gülən tərəfdarı olaraq tanınan Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükürə söz atıb.

Tanınmış idmançı "Sakaryaya gəlmə, səni döyərlər" yazaraq, veteran futbolçuya söz atıb. Milli basketbolçu Enes Kanter isə araya girərək, Sofuoğluna sərt şəkildə cavab yazıb.

Sofuoğlu yazdıqlarına Hakanın cavabı isə belə olub: "Allah bu ölkədə kim oğru və terrorçularla əlbirdirsə, onun bəlasını versin (amin). Sakaryaya gəlib-gəlməmək deyil, məsələ, Kenan Sofuoğlu, millətin malını oğurlayıb çalmamaqdır. Kimsə sabah peşman olacağı şeylər danışmamalıdır. Allah böyük və bu qardaşımızın da köməkçisi olsun".

İyulun 15-də, axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr, əsasən, İstanbul və paytaxt Ankarada cərəyan edib.

Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral "Boğaziçi" və "Fatih Sultan Mehmet" körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb. Hərbi çevriliş cəhdinin qarşısı alınıb. 290 nəfər ölüb.

Türkiyədə baş verən hadisələrdə hazırda ABŞ-da yaşayan, "Nurçular"ın lideri Fətullah Gülənin əli olduğu deyilir.

anspress 


Digər xəbərlər

Xəbər xətti