Zlatan İbrahimoviç haqqında bəzi fikirlər səsləndirən Erik Kantonaya isveçli futbolçudan maraqlı cavab gəlib.
Ötən həftə Kantona: “Zlatana bir mesajım var. Sən qırmızı olmağa qərar verdin. Bu isə edə biləcəyin ən doğru seçim idi. Amma sadəcə belə bir şey var, sən oranın kralı ola bilməzsən, oranın sadəcə bir kralı var. Sən sadəcə oranın şahzadəsi ola bilərsən. İstəsən 7 nömrəni ala bilərsən, bu mənim sənə hədiyyəm olar. Və kral getdi. Çox yaşa, şahzadə!”
Bu həftə Zlatan: “Mən Kantonaya heyranam və onun dediyini eşitdim. Amma mən “Mançester”in kralı olmayacağam. Mən Mançester’in tanrısı olacağam”.