Dortmund “Borussiya”sının heyətinə cəlb etmək istədiyi Ömər Toprak hazırda mənsub olduğu “Bayer”dən ayrılmayacaq.
Bu haqda Leverkuzen klubunun idman direktoru Rudi Völler məlumat verib.
“Ömər növbəti mövsümdə də “Bayer”də qalacaq” – deyə o bildirib.
O, eyni zamanda Ö.Toprakla bağlı “Borussiya” ilə danışıqlar apardıqlarını təsdiqləyib: “Öməri satmağa hazır idik. Amma razılığa gələ bilmədik”