"Beşiktaş" ciddi itki ilə üzləşib
Komandanın yarımmüdafiəçisi Vəli Kavlak sıradan çıxıb.
Məşq zamanı boyun fəqərələrində ağrı hiss edən avstriyalı futbolçu əməliyyat olunub. Onun 4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm çiynindəki zədə səbəbindən uzun müddət "Beşiktaş"a kömək edə bilməyib