"Lester" klubunun kapitanı Ues Morqan komanda ilə yeni müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, 32 yaşlı oyunçu ilə müqavilənin müddəti 2019-cu ilin iyununa qədər uzadılıb. 
                       
                                               
                        
 
                
                              
Qeyd edək ki, 2012-ci ildən "Lester"də çıxış edən U.Morqan ötən mövsüm Premyer Liqada oynadığı 38 görüşdə 2 qol vurub. 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
