"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Çelsi"ylə oyunun İngiltərə Premyer Liqasında vaxtına narazılığını bildirib. Həmin oyun 9-cu turda baş tutmalıdır.
Görüş oktyabrın 22-nə nəzərdə tutulub və çox güman ki, 23-nə keçiriləcək. "MY" oktyabrın 20-də Avropa Liqasında oynamalıdır. 
                       
                                               
                        
 
                
                              
Mourinyo hazırlıq üçün az vaxt qaldığından şikayətlənir. Hələlik klib İPL rəhbərliyinə müraciət etməyib. Lakin müraciət olsa belə oyunun vaxtı dəyişdirilməyəcək. 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
