"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Makedoniyada "Şkendiya" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransı keçirib.
- Komandada çatışmazlıqlar çoxdur. Əsasən də hücumçu məsələsi var. Çalışırdıq ki, hücumçu transfer edərək məsələni həll edək, amma alınmadı. Heyətimizdə gənc oyunçular var. Ümumilikdə isə komandamızın heyəti çox məhduddur”.
- Avropa Liqasındakı son 3 oyunda "Neftçi”nin oyunçularının fiziki cəhətdan sonadək dözmədiklərini görürdük. Bununla bağlı hansı tədbirlri görmüsüz?
- Bu fikirlə razı deyiləm. "Şkendiya” ilə oyunun ikinci hissəsində də komanda fiziki cəhətdən yaxşı təsir bağışladı. Bu gün bütün futbolçular əla formada olmasa da, verilən tapşırıqların öhdəsindən gəlməyə çalışırlar.
- Birinci oyundan sonra "Şkendiya”nın zəif yerlərinin olduğunu demişdiz. Bununla bağlı hər hansı plan hazırlamısınızmı?
- Onların müdafiə xətti hücum xətti kimi güclü deyil. Şkendiyanın hücum xətti Avropa səviyyəli oyunçulardan ibarətdir. Biz çalışacağıq ki, onların zəif yerlərindən istifadə edək. Öz oyunumuzu göstərməyə çalışacağıq. Oyunçularımızdan çox şey asılıdır. Sonadək mübarizə aparsaq burda istədiyimiz nəticəni qazana bilərik.
- "Şkendiya"nın baş məşqçisi çox ehtiyyatlı danışırdı. "Neftçi” sabah da oyunu müdafiədən quracaq?
- Mövsümün axırında biz bir çox oyunu 5 müdafiəçi ilə oynadıq. Çünki ayrı oyunçumuz da yox idi və belə oynamaq asan idi. Amma sabah 5 müdafiəçi ilə oynayacağımızı düşünmürəm.
- Siz şansları necə dəyərləndirirsiz?
- Mətbuatı oxuyanda görürəm ki, "Neftçi”nin favorit olduğunu deyirlər. Bunu niyə dediklərini anlamıram. Məncə şanslar 50-50-dir.
- Komandanızın sabahkı oyun üçün heyətini müəyyənləşdirmisinizmi?
- Demək olar ki, müəyyənləşib və ilk oyunla müqayisədə az dəyişiklik olacaq.
- Son oyunlarda Rəhman Hacıyev qapıçı ilə təkbətək qalarkən əlverişli mövqedə olan yoldaşına ötürmə vermədi. Rəhmanın oyunu ilə bağlı nə deyə bilərsiz?
- Rəhman özünü hücumda çox yaxşı göstərir. Rəhman öz işini görür və hücumda özünü yaxşı göstərir. Öz mövqeyində ən yaxşılardandır.(sportnet.az)