Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçiriləcək.
Sportarena.az xəbər verir ki, təmsilçimiz "Neftçi" klubu da bü gün növbəti görüşünə çıxacaq.
"Ağ-qaralar" Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. İlk görüşü doğma meydanda keçirən "Neftçi" klubu meydandan 0:0 hesablı bərabərliklə ayrılmışdı. "Neftçi" bu gün mərhələ adlayacağı təqdirdə, Çexiyanın "Mlada" klubu ilə qarşılaşacaq.
21 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu
22:00. "Şkendiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan) 1:0
İlk oyun - 0:0
Baş hakim: Erik Lambrext