Mario Qomes yeni mövsümdən "Beşiktaş"da çıxış etməyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.
Belə ki, alman hücumçu Türkiyədə baş verən son hadisələrdən sonra şəxsi "tvitter" hesabında bu barədə qərar verdiyini açıqlayıb.
Qeyd edək ki, müqavilə ilə "Fiorentina"ya məxsus olan M.Qomes son mövsümü icarə əsasında "Beşiktaş"da keçirib. O, Superliqada 26 qol vuraraq bombardir olub.