Rusiyanın "Krılya Sovetov" klubu əslən azərbaycanlı futbolçu Emin Mahmudovla yollarını ayırması barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
Belə ki, futbolçu Portuqaliyanın "Boavişta" klubu ilə razılığa gəlib.
Qeyd edək ki, Mahmudov ötən mövsüm Premyer Liqada 19 oyun keçirib, 4 sarı vərəqə alıb