"Barselona"nın yarımmüdafiəçisi Aleks Sonq futbolçu karyerasını "Rubin"də davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə Rusiya klubunun rəsmi "tvitter" səhifəsində yazılıb.
Məlumata görə, kamerunlu oyunçu ilə ilkin razılıq əldə olunub.
Qeyd edək ki, A.Sonq ötən mövsüm icarə əsasında "Vest Hem"də çıxış edib.