“Liverpul” futbol klubu yeni mövsüm öncəsi növbəti transferini gerçəkləşdirib.
Sportarena.az xəbər verir ki, İngiltərə təmsilçisi “Ausburq”un müdafiəçisi Raqnar Klavanı transfer edib.
Estoniya millisinin futbolçusu ilə uzun müddətli müqavilə imzalanıb. Lakin sözləşmənin müddəti açıqlanmayıb. “Liverpul” bu transfer üçün “Ausburq”a 4 milyon funt ödəyib.
Qeyd edək ki, “Liverpul” daha əvvəl Sadio Mane, Marko Qrujiç, Joel Matip və Loris Kariusu transfer edib.