"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə səfər matçında 1:1 hesablı heç-heçə edərək Azərbaycanın UEFA reytinqindəki xalını zənginləşdirib.
Ağdam təmsilçisi Azərbaycanın hesabına əlavə 0,125 xal yazdırıb.
Azərbaycanın UEFA reytinqində 15,125 xalı var. Bu göstəricisinə görə ölkəmiz 24-cü pillədə qərarlaşıb. Bizdən öndə Şotlandiya qərarlaşıb (15,925). Azərbaycanın ən yaxın izləyicisi Kiprdir (14.675).