MTK-nın baş məşqçisi: "Avropanın ən güclü komandalarından biriyik"

00:29 22 İyul 2016

“Qəbələ”ni təbrik edirəm. Erkən qol vurdular, bu da nəticədə özünü göstərdi”.
Bu sözləri MTK klubunun baş məşqçisi Vasilis Teodoru deyib.
 
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstan təmsilçisi “Qəbələ”nin qonağı olub.
 
Öz meydanında 1:2 hesabı ilə uduzan macarlar bu dəfə də Azərbaycan təmsilçisi ilə bacarmayıblar – 0:2. Matçdan sonra mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı Teodoru bunları deyib: “Biz bura qələbə üçün gəlmişdik. Bilirdik ki, şansımız azdı. Amma bundan istifadə etmək istəyirdik. Alınmadı”.
 
- Bu oyunda dönüş edəcəyinizə inamınız var idi?
- Onsuz da, buraxılan ilk qoldan sonra ruhdan düşmüşdük. İkinci qolu buraxdıqdan sonra vəziyyət daha da pisləşdi. Buna görə də, dönüş edə bilmədik. Üstəlik, öz meydanımızda da uduzduğumuzdan, vəziyyətimiz daha çətin idi.
 
- Komandanızın hücuma atılmağa gücü çatmırdı?
- Bu, səhv fikirdi. Sadəcə, bizdə alınmadı. Avropanın ən güclü komandalarından biriyik. Amma bu gün oyunumuz alınmadı.
 
- Avropa çempionatında parlaq oyun göstərən Macarıstanın klublarından birinin bu gün aşkar geri qalmasını komandanız üçün rüsvayçılıq sayırsızmı?
- Bu onunla bağlı deyil. Sadəcə, psixoloji cəhətdən alınmadı. Qollar buraxandan sonra vəziyyəti dəyişə bilmədik. Bunu Macarıstan futbolunun zəifliyi ilə bağlamaq olmaz.


Digər xəbərlər

Xəbər xətti