İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşib.
İngiltərə Futbol Federasiyasının saytının yaydığı xəbərə görə, Roy Hocsonun istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Sem Ellardays təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, S.Ellardeys ötən mövsüm “Sanderlend”i çalışdırıb.