"Beşiktaş"ın futbolçusunun əli sındı

12:37 23 İyul 2016

Avstriyada təlim-məşq toplanışında olan "Beşiktaş" ciddi itki ilə üzləşib. 


Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Tolqay Arslan zədələnərək sıradan çıxıb. 


"Əl Hilal" klubu ilə yoxlama görüşündə  sol əlindən zədələnən 25 yaşlı futbolçu xəstəxanaya aparılıb. 


Həkim müayinəsindən sonra futbolçunun sol əl biləyində qırıq aşkarlanıb. Futbolçunun bir həftə sonra meydana çıxacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti