Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına sayılı günlər qalır.
Sportarena.az xəbər verir ki, Olimpiya Oyunları avqustun 5-də başlasa da, güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq.  
                       
                                               
                        
 
                
                              
Sərbəst güləşçilərimiz Göygöl Olimpiya İdman Kompleksində Belarus və Dağıstan komandası ilə birgə son təlim-məşq toplanışında iştirak edib. Yunan-Roma güləşçilərimiz isə Bakıda, Olimpiya Güləş Mərkəzində Mərakeş komandasının üzvləri ilə hazırlaşıb.  
                       
                                               
 
                
                              
Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Heyət yaxın günlərdə açıqlanacaq.