Türkiyəni təmsil edən azərbaycanlı idmançının olimpiadada yarışacağı növlər müəyyənləşib

17:17 23 İyul 2016

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyevin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarışacağı növlər müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, 26 yaşlı sprinter 3 medal uğrunda mübarizə aparacaq.


O, 100 metr və 200 metr məsafələrə qaçış və 4X100 metr estafetində iştirak edəcək.


Qeyd edək ki, "Rio-2016"da Türkiyəni 103 idmançı təmsil edəcək. Onlardan 31-i atletika növündə yarışacaq. (Report)


Digər xəbərlər

Xəbər xətti