Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışları davam edir. İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə ediblər.
Yarışın sonuncu – üçüncü günündə gimnastlar fərdi proqram üzrə final yarışına çıxıblar.
Gimnastlar əvvəlcə öz aralarında halqa və topla hərəkətlərdə ən güclünü müəyyənləşdirəcəklər. Daha sonra gürz və lentlə fərdi proqram üzrə çıxış edəcəklər.
Qrup hərəkətləri komandaları isə 5 lent, 3 gürz və 2 halqa ilə final mərhələsində mübarizə aparacaqlar.