Rusiya yığması Yay Olimpiya Oyunlarından kənarlaşdırılmadı

11:10 25 İyul 2016

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılmayacağını təsdiq edib.
 

Bu, BOK-un yaydığı məlumatda əksini tapıb.
 

Bu barədə qərar bu gün  MOK İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Bununla bərabər, Rusiya yüngül atletlərinin Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərarın bu idman sahəsi üzrə beynəlxalq federasiya tərəfindən qəbul ediləcəyi  bildirilib. Eyni zamanda BOK Dari Klişnoy istisna ilə, rusiyalı yüngül atletlərin Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini təsdiqləyib, əvvəllər dopinq qəbul edən rusiyalı idmançıların Yay Olimpiya Oyunlarına buraxılmayacağı vurğulayıb. (APA)


Digər xəbərlər

Xəbər xətti