Azərbaycan Rioda 4 yeni idman növü üzrə təmsil olunacaq

14:35 25 İyul 2016

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 idmançı ilə iştirak edəcək.


Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.


Nazir qeyd edib ki, onları çoxlu medallarla gözləyirlər: "Onlarla 8 saat vaxt fərqimiz var, həm də fəsil fərqi var. Bunun hamısının təsiri var. Komandanın bir hissəsi - cüdoçular oradadır".


A.Rəhimov deyib ki, bu il oyunlarda 18 idman növü üzrə iştirak edirik. Onların 4-ü yenidir.


Nazirin sözlərinə görə, paralimpiyaçılar sentyabrda yola düşəcəklər: "İnanıram ki, paralimpiyaçılarımız çox yüksək nailiyyətlə geri qayıdacaqlar. Olimpiya oyunlarında boyük tərkibdə komanda iştirak edir. Ona görə də Rio-de-Janeyroda Olimpiya Kəndində komandamız xüsusi binada yerləşdiriləcək. Biz bildirmişik ki, həmin binanın tərtibatında bayrağımız və s. rəmzlərimizin hamısı olmalıdır. Avqustun 3-də Olimpiya kəndində idmançıların salamlanması tədbiri keçiriləcək və Azərbaycanın bayrağı qaldırılacaq".


Digər xəbərlər

Xəbər xətti